Tədbir keçirilmişdir.

07 mart 2019-cu il tarixdə 83 nömrəli məktəb-liseyin IX-XI sinif şagirdləri ilə görüş keçirilmişdir. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai-Siyasi Şuranın Sədri Aslan Mehdiyev "Azərbaycan gənclərinin həyatda layiqli yerini tutması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaratdığı şərait haqqında" mövzusunda məruzə ilə çıxış etmişdir. O, cənab Prezident tərəfindən gənclərə qayğı, gənclərin təhsil alması və səviyyələrinə uyğun müxtəlif dövlət qurumlarında işə cəlb edilməsi və irəli çəkilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır. Məktəb-liseyin tarix müəllimi Sevinc Allahverdiyeva çıxış edərək ölkə səviyyəsində gənclərin irəli çəkilməsindən məmnunluqla söhbət açmış, məktəb-liseydə gənclərə böyük etimad göstərildiyini qeyd etmişdir. Tədbirin sonunda məktəb-liseyin direktoru Nəbi Mahmudov məruzəçilərə və şagirdlərə təşəkkür etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi