Ümummilli Lider Heydər Əliyevin – Anım günü ilə bağlı dəyirmi masa keçirilib

10.12.2024-cü ildə məktəb-liseyin kitabxanasında 6A sinif şagirdləri və sinif rəhbəri Aytən Məmmədovanın təşkilatçılığı ilə 12 Dekabr Ümummilli Lider Heydər Əliyevin – Anım günü ilə bağlı dəyirmi masa keçirilib.

Tədbirin əsas məqsədi ümummilli lider Heydər Əliyevin kitabxana işinin inkişafına verdiyi töhfələri işıqlandırmaq, onun mədəniyyət, incəsənət, təhsil və kitabxanaçılıq sahəsindəki xidmətləri haqqında şagirdləri məlumatlandırmaq idi. Şagirdlər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və təhsilinə verdiyi töhfələr haqqında təqdimatlar və məruzələr etdilər. Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitabların sərgisi təşkil olundu. Şagirdlər sərgidə təqdim olunan kitablarla tanış oldular və suallar verdilər.

Azərbaycan tarixində Heydər Əliyevin əvəzolunmaz şəxsiyyət olduğunu bir daha dərk etdilər. Onlara Azərbaycan xalqının milli-mənəvi irsinə daha böyük sevgi və hörmət bəsləməyin vacibliyi izah olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi