"THİNKS TED-X" təqdimat tədbiri keçirilib

16.05.2025-ci il tarixdə 83 nömrəli məktəb-liseydə THİNKS-TEDX təqdimat tədbiri keçirilib.Tədbir 9B sinif şagirdi Sultan Xanım İsalı və 9C sinif şagirdi Səmədzadə Suelin yaradıcı təşəbbüsü əsasında hazırlanıb.

Tədbir zamanı 9B sinfindən Sultan Xanım İsalı və 9C sinfindən Əli Aysu monoloqla, 9C sinfindən Həsənli Sübhan , 9C sinfindən Səmədzadə Suel, 9B sinfindən Sayılova Nərmin, 3A sinfindən Qədirova Xədicə, Ələkbərzadə Əsnad, Əsgərli Məhəmməd, 1A sinfindən Nəsibli Nilay, 1C sinfindən Fətəlizadə Selcan, Hacıyeva Banu, Tağıyeva Ayza, Əhmədova Nuray, Şahbazov Uğur səhnəciklə çıxış etdilər.

Tədbirdə məktəb-liseyin müəllim və şagird kollektivinin üzvləri, valideynlərdən Zeynəb Qədirova, Fidan Nəsibova, Əfsanə Fətəliyeva, Zara Allahverdiyeva, Aytac Hacıyeva, Aynur Şahbazova iştirak etdilər.

Tədbirin sonunda məktəb-liseyin direktoru Almaz Bayramova şagirdlərin təşəbbüslərini yüksək dəyərləndirərək  onları təşəkkürnamələrlə təltif edib.

Müəllimlərdən Vəfa Sadıqova, Zərqələm Mahmudova və valideynlər çıxış edərək şagirdlərə yeni uğurlar arzuladılar.

Tədbirin hazırlanmasını və keçirilməsini UBT rəhbəri Səyyarə Alıyeva təşkil edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi