Ailəm və məktəbim

“Ailəm və məktəbim” layihəsi çərçivəsində  məktəb-liseydə  silsilə tədbirlər həyata keçirilir.

Layihənin əsas məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə məktəb arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.

Bu məqsədlə məktəb-liseyin kitabxanasında bir qrup valideynlə görüş keçirilib. Valideynlər məktəb kitabxanasının fəaliyyəti ilə yaxından tanış olaraq şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması istiqamətimdə fikir və təkliflərini irəli sürüblər.

Daha sonra  kitabxananın fəal oxucuları olan şagirdlər mütaliə etdikləri kitablar haqqında təəsüratlarını bölüşüblər.

Layihə çərçivəsində valideynlərlə görüşlərin, seminarların mütəmadi olaraq keçirilməsi planlaşdırılır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi