Məktəb-liseyin 10Ç sinif şagirdi Uğur Rzayev İtalyanın Karrara şəhərində keçirilən Kung-fu sanda idman növü üzrə 70 kq çəki dərəcəsində dünya çempionu adına layiq görülüb. Yarımfinalda italyalı idmançı ilə qarşılaşan Uğur qələbə qazanaraq finala yüksəlib. Finalda ukranyalı idmançıya qalib gələrək Azərbaycanın adını yüksəklərə qaldırıb.
Məktəb-liseyin 7B sinif şagirdi Mədinə Ağayevaingilis dili müəllimi Səbinə Eminovanın dəstəyi ilə 7 Mart tarixində keçirilmiş "TeenEagle Online English Language" (Teeneagle Online Ingilis dili) müsabiqəsində iştirak edərək " BRONZE MEDAL " ( Bürünc medal) qazanmış və beynəlxalq sertifikata layiq görülmüşdür. Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik.