"Beynalxaq Ana Dili Günü" ilə bağlı tədbir keçirildi.

   Bakı şəhər 74 nömrəli tam orta məktəbdə 4Ç sinif rəhbəri Eminova Şəlalənin təşkilatçılığı ilə 21 fevral Beynalxaq Ana dili günü ilə əlaqədar "Doğma dilim Ana dilim" tədbir keçirildi. Tədbir iştirakçılarına Beynalxaq Ana dili haqqında geniş məlumat verildi.Şagirdlərin ifasında mahnılar səsləndi, şerlər dinlənildi, səhnəciklər göstərildi.

Fevralın 21-i Beynalxaq Ana dili günü kimi qeyd olunur. 1999-cu ildə Banqladeş səfirliyinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynalxaq Ana dili günü elan edilib.

Dil hər bir millətin maddi və mənəvi irsini quruyan və inkişaf etdirən ən güclü vasitədir.

Ulu Öndər Heydər Əliyev dilimizin inkişafına böyük töhfələr vermişdir. 2022-ci il sentyabrın 30-da Azərbaycan Respublikasının Dövlət dili qanunu qəbul edilmişdir. Hazırda prezidentimiz İlham Əliyev Azərbaycan dilində latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsində əməyi çoxdur.

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi