MONİTORİNQ KEÇİRİLDİ.

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnləri üzrə monitorinq keçirildi.

Monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.

Monitorinqdən öncə sual kitabçaları məktəb rəhbərliyi tərəfindən nəzarətçi müəllimlərə təqdim edildi və müvafiq təlimatlar verildi.

Təhsilalanlara ümumilikdə 3 fənn üzrə 85 sual, Azərbaycan dili 30 sual, Riyaziyyat 25 sual, xarici dil 30 sual təqdim olundu. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verildi.

Qeyd edək ki, nəticələr bal və məzmun təhlili formasında şagirdlərə və fənn müəllimlərinə təqdim olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi