Mentorluq Xidməti

“Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi Azərbaycanda ilk dəfə olaraq təhsildə İKT-nin tətbiqi üzrə mentorluq xidmətinin təşkili layihəsinə start verdi. Layihənin başlıca məqsədi təlim keçmiş müəllim və inzibati-idarəetmə heyətinə İKT-nin təhsilə tətbiqi və peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində dəstəyin göstərilməsidir. Bu layihə Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə bağlanmış müqavilə çərçivəsində Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.Oktyabr ayından başlayaraq əlavə təhsil mərkəzinin mentoru Vəliyeva Gülnar Gündüz qızı Bakı şəhəri, 72 saylı məktəbdə görüş keçirmiş, layihənin əsas məqsədi barədə məktəb heyətini məlumatlandırmışdır. Layihə dekabr ayının sonuna kimi davam edir. Bu 3 ay müddətində mentor məktəbin müəllimləri ilə hər həftənin 1 saatı fərdi, 4 saat isə qrup şəklində görüşlər təşkil etmişdir.Fərdi görüş və qrup görüş zamanı müəllimlərin dərs mühiti dinlənilmiş, hər müəllimin ayrı-ayrılıqda ehtiyacları müəyyənləşdirilmiş və həyata keçirilməsi barədə aşağıdakı addımlar atılmışdır. 1. Tədris planında nəzərdə tutulan texnologiyanın tətbiqini reallaşdırmaq məqsədilə müəllimlərin bu istiqamətdəki ehtiyaclarının ödənilməsinə yardım etmək. 2. Texnologiyanın fəal tətbiq olunduğu təlim fəaliyyətini birgə planlaşdırmaq.3. Texnologiyanın effektiv şəkildə tətbiq edildiyi dərs nümunələrini nümayiş etdirmək4. Dərs nümunələrinin nümayişindən sonra iştirakçı müəlimlərlə dərslərdə özünü doğruldan və doğrultmayan işləri və gələcəkdə daha effektiv olması üçün dərs və ya fəaliyyətə hansı düzəliş və dəyişikliyin mümkünlüyünü müzakirə etmək. 5. Sinif otağında şagirdlərin istifadə etməsi üçün avadanlıq və cihazların yerləşdirməsi və quraşdırılmasında muəllimlərə yardım etmək, və s.Layihəni sonunda hər bir müəllim nümunəvi açıq dərslər təşkil etmişdir.
XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi