Şagird təhlükəsizliyi ilə bağlı seminar keçirildi

    Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təlimatına əsasən yanvarın 29-da məktəb rəhbərliyi məktəbin psixoloqları, təlim-tərbiyə işləri üzrə direktor müavinlər və sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavininin iştirakı ilə  seminar keçirdi. Seminarda təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, onlarla aparılan işin gücləndirilməsi, məktəbdə təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin, (kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmaması), növbətçiliyin gücləndirilməsi, müəllimlər və şagirdlər arasında psixoloji maarifləndirmə işinin mütəmadi şəkildə aparılması müzakirə edildi və məsul şəxslər təyin olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi