“Ana dilimizi sevək, qoruyaq!" mövzusunda sinif təşkilat saatı

  Dil millətin varlığını,  milli-mənəvi irsini qoruyan, nəsildən-nəsilə ötürən ən güclü vasitədir. Hər bir insan öz ana dilini gözəl bilməli və onu qorumalıdır. Ana dili insanın mükəmməl təhsil almasında, mənəvi aləmin zənginləşməsində və soydaşları ilə ünsiyyət qurmasında böyük rol oynayır. Dilimizin inkişafında, onun sevdirilməsində kitabların, saysız-hesabsız əsərlərin böyük rolu var. Elə bu məqsədlə məktəbin 5a və 7a siniflərində sinif rəhbərlərinin təşkilatçılığı ilə "Ana dilimizi sevək, qoruyaq!" mövzusunda sinif təşkilat saatı keçirilib. Sinif təşkilat saatının keçirilməsində  əsas məqsəd ana dilimizi qorumaq, yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, şagirdlərimizə çatdırmaq, onlara dilimizi sevdirməkdir.        

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi