“Kiçik Akademiya”nın növbəti iclası keçirilib

15.05.2019-cu il tarixdə “Kiçik Akademiya”nın növbəti iclası keçirildi. İclasda Kiçik Akademiyanın şura üzvləri və fəal şagirdlər iştirak etdi. Himn oxundu. İclasın əsas məqsədi son tura icazə vəsiqəsi vermək üçün ayrı-ayrı kafedralarda etdikləri məruzə ilə diqqəti cəlb etmiş şagirdlərin məruzələrinin yenidən dinlənilməsi idi. İclasda aşağıdakı mövzularda məruzələr dinlənildi. 1. Fərzəliyev Mirmövsüm Xb sinfi - N.Gəncəvinin “İsgəndərnamə” poemasında İsgəndər obrazı. 2. Səhratova Məltəm Xa sinfi - Sinir sistemi haqqında bilmədiklərimiz 3. Mədətzadə Fidan IXa sinfi - “Dəm qazı” 4. Rzayeva İradə, Orucova Mehriban VIIIb – sinfi -“Qan təmizləmək üçün cihazın” maketi 5. İbrahimxəlilov Nurlan, Abdıyev Səxavət VIIId sinfi – “Elektrik cihazı” 6. Haqverdi Aydın VIIb sinfi - “Siz kimi qəhrəman adlandırırsınız” 7. Bayramlı Nübar VIIb sinfi - “Cəmiyyətdə ünsiyyət” 8. Nərimanova Fidan VIç sinfi – “Azərbaycanda Novruz bayramı” Məruzələr yenidən dinlənildi və çıxış edən şagirdlər arasında seçim aparılaraq son tura icazə vəsiqəsi verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi