“Kiçik Akademiya” üzvlərinin təqdimatları dinlənildi

26 aprel 2019-cu il tarixdə məktəbimizdə kimya, biologiya, fizika fənnləri üzrə “Kiçik Akademiya” üzvlərinin təqdimatları dinlənildi. Mövzular müxtəlif səpgidə olsa da çox maraqlı idi. Şahrafova Məltəm - Sinir sistemi haqqında bilmədiklərimiz. Qəhrəmanova Nigar - Deyavu Bəhrəmov Emil - Yer üzərində həyatın inkişafı Mədətzadə Fidan - Dəm qazı Cabbarova Aydan - Ağırlıq qüvvəsi və bitkilər “Kiçik Akademiya” hələ gəncdir, ilk addımlarını atır. Uğurlarımızın sayını artırmaq üçün bu birlik bizə çox vacibdir. “Kiçik Akademiya”da birləşərək şagirdlərimiz daha çox vərdişlərə yiyələnmək və gələcəkdə daha böyük nailiyyətlərə müvəffəq olacaqlar. Çünki məktəbimizin qabaqcıl müəllimləri hər bir şagird üçün bilik yolunun necə açılacağını, onları elmlə ovsunlamaq və istedadlarını ortaya çıxarmaq yolunu bilir və şagirdlərə öyrədirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi