Kimyaçılarımız yaradıcılıq müsabiqəsinin qalibi oldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub. Beləki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, məktəbimizdə fəaliyyət göstərən ”Kiçik Akademiya” nın üzvlərindən ibarət komandamız 38 balla I yerə layiq görülüblər. Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin tədqiqat işlərinə və kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir. Müsabiqədə iştirak edən ”Kiçik Akademiya” nın üzvlərindən ibarət komandalar 3 nəfərdən (IX sinif-şagirdi Hüseynli Raul, X sinif şagirdi Şəfizadə Kənan, XI sinif şagirdi Hacıyeva Fidan) təşkil olunub. Komandanın rəhbəri məktəbimizin kimya müəllimi Mehbaliyeva Talehə idi. Şagirdlərimizi təbrik edib uğurlarının davamlı olmağını arzu edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi