12 Noyabr - Konstitusiya Günü münasibətilə dəyirmi masa keçirildi
Məktəbdə 12 Noyabr - Konstitusiya Günü münasibətilə dəyirmi masa keçirilmişdir.Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Yeganə Bağırova açaraq Azərbaycan Respublikasının Konsitutsiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Y.Bağırova ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini və bu mühüm tarixi hadisəni ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu diqqətə çatdırdı.