9 may qələbə gününə həsr edilmiş tədbir keçirildi
08.05.2019cu il tarixində Səbail rayonu 7 nömrəli tam orta məktəbdə 9 may qələbə gününə həsr edilmiş tədbir keçirildi.Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Tədbirdə sosial əmək qəhrəmanı Həcər xanım,müharibə veteranları Camal Qəhrəmanov,Ağababa Alhəsənov , məktəbin şagird , müəllim heyəti və məktəb rəhbərliyi iştirak edirdi. Şagirdlər vetetanları gül dəstələri ilə qarşıladılar, qələbə gününə həsr edilmiş əl işlərini onlara nümayiş etdirdilər.