31 mart -Azərbaycanlıların soyqırımı
M .Rahim adına 7 nömrəli tam orta məktəbdə 31 mart -Azərbaycanlıların soyqırımı ilə əlaqədar maarifləndirici "dəyirmi masa" keçirilmişdir. Məktəbin tarix müəllimi Yeganə Bağırova ətraflı çıxış etdi.O,çıxışında bildirdi ki,Mart soyqırımı və ya Mart hadisələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri qırğındı.1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir. Bu Soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.