“Məktəb əsaslı müəllimlərin peşakarlıq səviyyəsinin fasiləsiz artırılmasının dəstəkləyici rəhbərlik “ modeli

“Məktəb əsaslı müəllimlərin peşakarlıq səviyyəsinin fasiləsiz artırılmasının dəstəkləyici rəhbərlik “ modeli layihəsi çərçivəsində Avropa Liseyinin direktoru psixologiya elmləri üzrə fəlsəfə doktoru, təhsil sahəsində beynəlxalq ekspert Zülfiyyə xanım Veysova ve biologiya,coğrafiya,rus dili, riyaziyyat fənn müəllimlərindən ibarət nümayəndələr 04.03.2019-cu il tarixində Səbail rayonu 7 №-li tam orta məktəbdə olmuş və dərsləri müşahidə etmişlər.Dərslərin dəstəkləyici müşahidəsi aparılmışdır. Dərsin aktual vəziyyətinin diaqnostikası, konkret problemlər haqqında əks əlaqənin verilməsi və müzakirəsi, problemlərin həlli yollarının əməkdaşlıq əsasında müəyyən olunması prosesi aparılmışdır. Bu prosesdə müəllim və müşahidəçi arasında pozitiv münasibətlərin qurulması əsas şərtlərdən biridir.Növbəti həftə isə bizim fənn müəllimlərimiz Avropa Liseyində həmin fənlər üzrə dərslərdə iştirak edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi