"Xocalı soyqırımı"nın 27-cü il dönümünün qeyd olunması ilə əlaqədar tədbir keçirildi
Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə "Xocalı soyqırımı"nın 27-cü il dönümünün qeyd olunması ilə əlaqədar tədbir keçirildi.Xocalı soyqırımı azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.Bu amansız və qəddar soyqırım insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.1992-ci ilin fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosit aktı həyata keçirdi.Onlar şəhərə hücum edərək 3000-nə yaxın şəhərdə qalmış insanları blokadaya saldı,613 nəfər öldürüldü,1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.106 nəfər qadın, 63 az yaşlı uşaq,70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi.25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Bütün bunlar erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşliklə həyata keçirilmişdir.Tədbirdə şagirdlər tərəfindən hazırlanmış ədəbi- bədii kompozisiyalar göstərilmiş, şeirlər söylənmişdir.Sonda "Xocalıya ədalət" mövzusunda istedadlı şagirdlərin rəsm işləri nümayış etdirilmişdir.