14 Fevral-Beynəlxalq Kitab Bağışlama Günü

Fevralın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ADPU-nun baza məktəbi olan Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə 14 Fevral-Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib.Tədbirdə ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları,Filologiya fakültəsinin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru,tanınmış uşaq yazıçısı Zahid Xəlil, həmin kafedranın professoru, uşaq ədəbiyyatı tənqidçisi Füzuli Əsgərli,məktəbin rəhbərliyi ,müəllim və şagirdlər iştirak ediblər.
ADPU-nun rektoru,professor Cəfər Cəfərovun təbriki iştirakçılara çatdırılıb. Z.Həsənova tədbirin təşkil edilməsinə verdiyi dəstəyə görə M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənovaya təşəkkür edib, 14 Fevral-Beynəlxalq Kitab Bağışlama Günü barədə danışan Z.Həsənova bildirib ki,bu, təqvimdə ən gənc bayramlardan biridir.Bu bayram son illər ölkəmizdə də qeyd olunur.Bu isə uşaqlarda kitaba məhəbbət , sevgi, böyüklərdə isə bağışlamaq,hədiyyə etmək sevinci yaradır.
Tədbirdə çıxış edən professor Z.Xəlil , professor F.Əsgərli öz ürək sözlərini şagirdlərə çatdırdılar.Sonda müəllimlərə və şagirdlərə kitablar hədiyyə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi