2018/2019-cu tədris ilinin birinci yarım ilinin yekunlarına dair “Açıq qapı” günü
Məktəbimizdə 12.01.2019-cu il tarixində valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi məqsədilə 2018/2019-cu tədris ilinin birinci yarım ilinin yekunlarına dair “Açıq qapı” günü keçirilib. Bu görüşdə məktəbimizin pedaqoji heyəti tərəfindən valideynlərə övladlarının təhsil fəaliyyətləri haqqında məlumat verilib,valideynlərlə şagirdlərin təhsildə uğurları müzakirə edilib, bu sahədə onların inkişafı ilə bağlı müxtəlif problemlərin həlli istiqamətində əməkdaşlıq görüşü keçirilib.