Keyfiyyət monitorinqinin nəticələri ilə bağlı metodbirləşmə iclasları keçirilir

Metodbirləşmə rəhbərlərinin iclası keçirildi.

2024/2025-ci tədris ili II yarım il ərzində görüləcək işlər, metodiki işin təşkili, hesabatlılığın təmin olunması məqsədilə Metodbirləşmə rəhbərlərinin iclasları keçirildi. Məktəb üzrə keyfiyyət monitorinqinin nəticələrinə dair hesabat sənədi və keyfiyyət hədəflərinin müəyyənləşdirilməsi, hesabat sənədində inkişafa ehtiyacı olan sahələr, tədris prosesində olan çatışmazlıqlar müəllimlərin diqqətinə çatdırılıb və keyfiyyət monitorinqinin nəticələrinin yüksəldilməsi istiqamətində yeni fəaliyyət planının hazlırlanması müzakirə edilib.
İclas zamanı eyni zamanda metodbirləşmə rəhbərlərinin sənədlərinə baxış keçirilib, sənədlərin təkmilləşdirilməsi, qarşılıqlı dərsdinləmə məktəbdə tədris və təlim-tərbiyə prosesinin təşkili, dərs zamanı sağlam mənəvi psixoloji mühitin təmin olubması, fənn müsabiqələrinə, Fənn olimpiadalarının yarımfinal mərhələsinə hazırlıq vəziyyəti, I yarımil ərzində görülən işlər və sair mövzular müzakirə olundu.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi