Şagirdlərin ifasında "Turacın nağılı" tamaşası

17.03.2017-il tarixində M.Rahim adına 7 nömrəli tam orta məktəbin 2c sinfinin şagirdləri Novruz bayramı ilə əlaqədar "Turacın nağılı" adlı çox maraqlı tamaşa həqdim etdilər. Şirin və məzəli çıxışları ilə şagirdlərimiz tədbir iştirakçılarını heyrətləndirdilər. “Turacın nağılı” tamaşası balaca “aktyorlar”ın könüldoyuran, qəlbsevindirən, şirin-şəkər danışıqları ilə zövq oxşayırdı. Tamaşaya uyğunlaşdırılaraq səhnədə quraşdırılan tonqal üçün çatılmış çır-çırpı, nənənin sehrli sandığı, milli ornamentlərlə bəzədilmiş pərdələr, naxışlı xalı-xalçalar, qədim qab-qacaqlar olduqca gözəl görünürdü.