Məmməd Rahim adına 7 №-li tam orta məktəbdə Xocalı faciəsi ilə bağlı "Xocalı faciəsi qan yaddaşımızdır" adlı onlayn tədbir keçirilib
Fevralın 26-da Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə Xocalı faciəsi ilə bağlı onlayn tədbir keçirilib.
Tədbirdə 7 nömrəli məktəbin direktoru, məktəb nümayəndələri və şagirdlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Təhməzova Xocalı soyqırımı haqqında məlumat verərək bildirib ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib.
Məktəb nümayəndələri çıxışlarında ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin faciəli nəticələrindən, Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açıblar.
Daha sonra məktəbin şagirdləri Xocalı faciəsi ilə bağlı hazırladıqları kompozisiyaları nümayiş etdirib, şəhidlərimizi öz şeirlərində ürək yanğısı ilə yad ediblər.
Allah rəhmət eləsin!
#26fevral #Xocalı #XocalıSoyqırımı #JusticeForKhojaly #Khojaly