26 fevral "Xocalı soyqırımı"nın 28-ci il dönümü
Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə 26 fevral tarixində ilk dərslər "Xocalı soyqırımı"nın 28-ci il dönümünə həsr edildi. Dərslərdə məktəblilərə xalqımıza qarşı törədilən cinayət- Xocalı soyqırımı haqqında məlumatlar verildi, Xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənin əməllərini unutmamaq tövsiyə olundu.