“İnsan alveri qurbanına çevrilməyək” mövzusunda maarifləndirici tədbir keçirildi
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və “Ümidli gələcək” Sosial Təşəbbüslər ictimai birliyiynin təşkilatçılığı ilə “İnsan alveri qurbanına çevrilməyək” başlığı altında 25.12.2019-cu il tarixdə Səbail rayonu 7 nömrəli məktəbdə maarifləndirici tədbir keçirildi. “ Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin fəaliyyəti haqqında daha geniş kütlələrin məlumatlandırılması, eyni zamanda xidmətin əhatə dairəsinin genişləndirilməsi məqsədilə şagirdlər məlumatlandırıldı.