Məktəbimizdə Rəngarəng riyaziyyat ( “Радужная математика”) adlı intellektual -əyləncəli viktorina keçirilmişdir
20.12.2019-cu il tarixində Səbail rayonu 7№-li tam orta məktəbin akt zalında Rəngarəng riyaziyyat ( “Радужная математика”) adlı intellektual -əyləncəli viktorina keçirilmişdir.Məktəbin riyaziyyat müəllimi Qəmər Zərbəliyeva tərəfindən təşkil olunmuş viktorinada əsasən rus bölməsinin şagirdləri iştirak edirdilər.Viktorinanın təşkil edilməsinin əsas məqsədi riyaziyyatla digər elmlərin vəhdəti şagirdlərin yaradıcılıq potensialının açılması,onların riyazi bilik və bacarıqlarının təkmilləşdirilməsi, habelə şagirdlərin kollektiv fəaliyyətinin möhkəmlənməsi,dünya görüşlərinin artırılması təşkil edirdi.
Viktorinada şagirdlər iki komandaya bölünməklə riyaziyyatın bir çox elmlərlə bağlılığına dair sualları cavablandırdılar.
Sonda məktəbin direktoru Könül Həsənova çıxış edərək şagirdlərin bilik və bacarıqlarını qiymətləndirdi, onlara elmi və ictimai fəallıqlarını daha da artırılmasını tövsiyə etdi.
Qalib komanda direktor tərəfindən kubokla təltif edildi və hər bir iştirakçıya diplomlar təqdim olundu.