Valideynin məktəbdə bir günü

6 dekabr  tarixində "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində Səbail rayonu 7 nömrəli tam orta məktəbin valideynləri övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlıq məqsədilə , tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin verilməsi, eyni zamanda qeyri - formal mühitdə məktəbin inzibati , pedaqoji heyəti ilə səmərəli ünsiyyət platformasının yaradılması məqsədilə məktəbdə olmuş, dərslərdə iştirak etmişlər. Sonda məktəbin direktoru Könül Həsənova onlarla sağlam psixoloji mühitin formalaşdırılmasında şagirdlərarası münasibətlər,müəllim şagird və müəllim valideyn münasibətlərin düzgün qurulmasının vacibliyi barədə maarifləndirici söhbət aparmış, ARTN - nin “ Mənimlə danış “ sosial layıhəsi çərçivəsində çəkilmiş videoçarx izlənmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi