Elm dünyasının şahı

67 nömrəli tam orta məktəbdə "Birlikdə öyrənək" layihəsi çərçisində 02.12.2022 tarixində 5-ç sinif şagirdləri 5-a sinif şagirdləri ilə birgə yeni mövzunu öyrənməyə çalışdılar. Dərsi məktəbin tarix müəllimi Sevinc Quluzadə təşkil etdi. Mövzu "Elm dünyasının şahı", dərsin məqsədi isə "Marağa rəsədxanasının və kitabxanasının əhəmiyyətini müəyyən edir" idi. Dərs boyu şagirdlərin təqdimatında slayd nümayiş olundu və yeni mövzu tapşırıqlar vasitəsilə möhkəmləndirildi. Fasilitator rolunda iştirak edən şagirdlər digər dostlarının tapşırıqlarını yoxlayıb, tövsiyələrini bildirdilər.

Dərsdə münsiflər heyətini məktəbin direktor müavinləri Ceyran Məmmədova, Gülnarə Bağırova, Təranə Əlisoy, Azad Kələşov, musiqi müəllimi Sevil Ağamalıyeva və fiziki tərbiyə müəllimi Nəzakət Cəmilova təşkil edirdi. Münsiflər şagirdlərin birgə öyrənmə təşəbbüslərini çox bəyəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi