Bəxtiyar Vahabzadə - 90

Şagirdlərdə mütaliə vərdişlərini artırmaq məqsədi ilə 09.12.2015-ci il tarixində məktəbimizdə xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar bədii gecə keçirildi. Aparıcı, 10-cu sinif şagirdi Süleymanova Nəzrin şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdi. Şagirdlər şairin şeirlərindən nümunələr söylədilər. 7-ci sinif şagirdləri Fərəcova Züleyxa, Kiçibəyov Həşim, 10-cu sinif şagirdləri Dadaşeva Xanım və Nəcəfzadə Cavadın iştirakı ilə şairin bir şeiri səhnələşdirilmişdir. Tədbirin sonunda Ana dili və Ədəbiyyat müəllimi Kərimova Rübaba öz müəllimi olan Bəxtiyar Vahabzadəni xatırlayaraq, tələbəlik illərindən xatirələr danışdı. Tədbir məktəbin direktoru Arzu Miriyevin çıxışı ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi