“Salam, Xocalı dərdim!” adlı tədbir keçirildi

26.02.2015-ci il tarixində Q.Qəhrəmanov adına 65№- li tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş “Salam, Xocalı dərdim!” adlı tədbir keçirildi. Respublikanın Dövlət Himni səsləndikdən sonra məktəbin direktoru cənab Arzu Miriyev çıxış edərək Xocalı faciəsi haqqında ətraflı məlumat verdi. VI sinif şagirdi G.Quliyeva “Salam, Xocalı dərdim!” şeiri ilə tədbirin bədii hissəsini başladı. Daha sonra tədbirin aparıcıları IX sinif şagirdləri X.Dadaşova və A.Cəbrayılzadə Xocalı faciəsinin tarixi, baş vermə səbəbləri və şəhidləri haqqında məlumatı təqdim etdilər. V sinif şagirdlərinin iştirakı ilə Xocalı Faciəsinə həsr olunmuş bir poeziya nümunəsi səhnələşdirilmiş formada nümayiş etdirildi. VI sinif şagirdi Ş. Əlimuradlı, VIII sinif şagirdi N.Hüseynova Xocalıya həsr olunmuş şeirlər söylədilər. VI sinif şagirdi Z.Hacıyevanın söylədiyi “Heç vaxt gedə bilməz Qarabağ əldən” şeri tədbirə nikbin ovqat bəxş etdi. Tədbir V-lərin xorla söylədiyi Heç vaxt unutmarıq Xocalım səni, Bir gün susdurarıq mənfur düşməni!misraları ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi