Şəhid xatirəsi onun adını daşıyan məktəbdə anılıb.

 

 

Birinci Qarabağ müharibəsi zamanı şərəfli döyüş yolu keçərək şəhid olmuş hərbi qulluqçularımızdan biri də əsgər Qəhrəman Qaçay oğlu Qəhrəmanovdur. Hal hazırda məktəbimiz Şəhidin adını daşıyır. Məktəbdə şəhidin anadan olmasının 60-cı ildönümü münasibətilə anım mərasimi keçirilib.Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı N.Məmmədovanın rəhbərliyi ilə VII və VIII sinif şagirdləri Şəhidlər Xiyabanında Qəhrəmanın məzarını ziyarət ediblər. Şagirdlər Qəhrəman Qəhrəmanovun igidliyini, döyüş yolunu əks etdirən bədii kompozisiyalar təqdim ediblər .Tədbirdə məktəbin   ÇHH V.Ağayev,UBR M.Babayeva,müəllimlər və Şəhidin doğmaları iştirak edib.Sonda Şəhidin bacısı Mədinə xanım məktəb kollektivinə,şagirdlərə təşəkkürünü bildirib.Xatirə şəkilləri çəkdirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi