Üçqat dünya çempionu İlham Zəkiyev məktəbimizin qonağı oldu

 

 

      Elm və təhsil nazirinin 28.02.2024-cü il tarixli 3-29/3-2-96F/2024 nömrəli əmri ilə 1-7 mart 2024-cü il tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.İdman həftəsi çərçivəsində keçirilən tədbirlər sırasına idman nailiyyəıtləri olan idmançılarla görüş də daxildir. Bu dəfə qonağımız cüdoçu, ikiqat Paralimpiya çempionu, üçqat dünya çempionu, səkkizqat Avropa çempionu İlham Zəkiyev  oldu.

       Qonaq hər zaman xatırladığı məktəb illəri, yaddaşından silinməyən məktəb xatirələrindən danışdı, uşaq yaşlarından idmana olan həvəsindən və peşəkar idmana gəlməsinə təkan verən səbəblərdən söz açdı. Şagirdlərin suallarını cavablandıran

İ.Zəkiyev bildirdi ki, olimpiya çempionluğu idmançının karyerasında qazandığı ən yüksək zirvədir. Qonaq ölkə Prezidenti İlham Əliyev tərəfindən iki dəfə “Şöhrət” ordeni ilə təltif olunmasını isə bir idmançı kimi əməyinə verilən ən ali mükafat adlandırıb. Qarabağ müharibəsi qazisi İ.Zəkiyev Vətən Müharibəsində əldə olunan Zəfərin sevincinin beynəlxalq arenalarda qazandığı şəxsi zəfərlərindən daha qürurverici olduğunu söyləydi.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi