Şəhidlərimiz ən ali qürur mənbəyimizdir

 

 

       BŞTİ-nin F-191 nömrəli əmri ilə “27 sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq  məktəbdə "27 sentyabr- Anım Günü" ilə əlaqədar silsilə tədbirlər keçirildi.

 Sentyabrın 27 - də sıra xəttində Vətən Müharibəsi Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi,.ilk dərs saatları "27 sentyabr- Anım Günü"nə həsr  olundu.

Məktəbin dəhlizlərində "Şəhidini tanı!" başlığı altında  şəhid şəkilləri əks olunan lövhələrdən ibarət stendlər sərgiləndi,.ana dili  dərslərində şagirdlər  "Hüququndan keçən əsgər,Hərə bir qəhrəman oldu" mövzusunda inşa yazdılar.

Dərsdən sonra isə  bir qrup şagird Dədə Qorqud Şəhidlər Xiyabanında oldu,7B sinif şagirdləri bədii kompozisiya ilə çıxış edərək şəhid analarına təsəlli verib,şəhidlərlə qürur duyduqlarını dilə gətirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi