Azərbaycan tolerant ölkədir

İnsanlar bir-birindən zahiri görünüşünə,dininə,dilinə ,mədəniyyətinə və sair dəyərlərinə görə fərqlənir.Lakin hər bir bəşər övladının yaşamaq,azadlıq,şəxsi toxunulmazlıq hüquqları vardır. Son dövrlər dünyada gedən proseslər bəşəriyyəti bir sıra qlobal problemlərlə üz-üzə qoydu.Terrorizm, ekstremizm, rasizm, multikulturallığa qarşı təhlükəli meyillərin meydana gəlməsi, qarşılıqlı dözümsüzlük hallarının artması dünya siyasətçilərini hərəkətə gətirdi. Məhz elə bu səbəbdən də 16 Noyabr 1995-ci ildə UNESCO tərəfindən “Tolerantlıq prinsipləri Bəyannaməsi” qəbul olunmuş və 16 noyabr Beynəlxalq Tolerantlıq Günü elan edilmişdir. Tarixən tolerant ölkə olan Azərbaycanın hər yerində olduğu kimi 65№-li məktəbdə bu mövzuda silsilə tədbirlər keçrilir.Belə tədbirlərdən biri də noyabrın 14-də təşkil olunmuşdu.Dəyirmi masa arxasında toplaşan müəllimlər IX və x sinif şagirdləri əvvəlcə "Tolerantlıq və multikultiralizm məkanı" filmini şeyr etdilər.Sonra mövzu ətrafında müzakirələr başlandı.Çıxıış edən şagirdlər tolerantlığın sülhün əldə olunmasına, müharibənin sülh mədəniyyəti ilə əvəzlənməsinə kömək edən məziyyət olduğunu qeyd etdilər.Həm də vurğulandı ki, Azərbaycanda müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhudilər və digər dinlərə etiqad edən insanlar da yaşayırlar. Ulu öndər Heydər Əliyev bu barədə demişdir: “Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də, ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır”.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi