"Bir kərə yüksələn bayraq bir daha enməz" adlı bayraq gününə həsr olunmuş tədbir

     Məktəbdə Azərbaycanın ən mühüm bayramlarından biri 9 noyabr- "Bayraq günü"nə həsr olunmuş tədbir keçirildi.Məktəbin şagird heyətinin hazırladığı bu bədii tədbir çox gözəl alındı.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edildi.Tədbirdə Respublikamızın rəmzi olan bayraq haqqında geniş məlumat verildi.İstər birinci,istərsə də yuxarı sinif şagirdlərinin ifasında şeirlər,mahnılar səsləndi.Tədbirdə Qarabağ qazisi Məmmədov Anar Yaşar oğlu da iştirak etdi.O da,bu əlamətdar gün münasibətilə şagirdləri təbrik edib,özünün keçdiyi döyüş yolundan danışdı.Sonda məktəbin direktoru Rəfael Mehdiyev şagirdlərin bayramını təbrik edib,gələn il bu vaxt bayrağımızın düşmən əlində olan torpaqlarımızda dalğalanmasını arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi