"Məzun günü"

Insan çox vaxt bir şeyi itirdikdə onun qədrini bilir..Eləcə də məktəb illərinin.Ən gözəl,eyni zamanda səmimi bir kədərlə doludur son zəng. Bir tərəfdən məktəb artıq bezdirib, digər tərəfdən hələ də ondan ayrılmaq çətin gəlir sənə. Böyük,müstəqil həyatın yeni dönəminə qədəm qoyulur.

Son zəng – Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də qeyd edilən bayram, məktəbdə tədris ilinin bitdiyi gün. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur. Son zəng zamanı məktəbi bitirən 11-ci sinif şagirdləri məzun adı qazanır.

Müstəqil Azərbaycan Respublikasının tam ərazi bütövlüyünün 1-ci ili müzəffər xalqın 2024-cü il məzunlarının son zəngində 64 nömrəli məktəbin məzunları olmuş ərazi bütövlüyümüz üçün canından keçən ŞƏHİD Rəşad Niftəliyev və ŞƏHİD Şahid Əkbərovun valideyinləri tədbirimizdə məzunlarımıza xeyir dualarını verdilər. Allah şəhidlərimizə rəhmət eləsin.

Məzunlarımıza həyatlarının yeni mərhələsində uğurlar arzulayırıq ,yollarınız,zehniniz daim açıq olsun.

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi