HAQQIMIZDA

                  64 №-li məktəb 1923-cü ildə kənd Əhmədlidə inşa edilmişdir. 1964-cü ildən isə yeni binası tikilərək sakinlərin istifadəsinə verilmişdir. Məktəbə I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş məzun-şagirdi Zakir Əhmədovun adı verilmişdir.Şagird tutumu 1320 nəfərdən ibarətdir.Z.Əhmədov adına 64№-li tam orta məktəbdə 83 pedaqoji işçi fəaliyyət göstərir. Təhsil ocağında müasir avadanlıqlarla təmin olunmuş kimya, fizika, biologiya laboratoriyaları,STEAM kabineti, ,Az dili və ədəbiyyat, şahmat otağı GÇH,  4 kompüter otağı,akt zalı, lazımi avadanlıqlarla təchiz olunmuş idman zalı, kitabxana, oxu zalı, yeməkxana, tibb məntəqəsi şagirdlərin ixtiyarına verilmişdir.İki mərtəbədən ibarət ibtidai siniflər üçün korpus mövcuddur.16 otaqda elektron lövhələr quraşdırılmışdır.BSQ və KSQ-lər elektron şəkildə keçirilir.Ünvan: Xətai rayonu Əhmədli qəs.N.Mahmudov k.26 Əlaqə telefonu : (012) 374-75-02, (012) 375-03-69

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi