20 Sentyabr-Dövlət Suverenliyi Günü

Azərbaycan Prezidenti İlham Əliyev Sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycan Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

 Azərbaycan Suverenliyi Günü ilə bağlı məktəbimizin Çağırışaqədər fənn müəllimi Bəhram Abdullayev və tarix müəllimi Qasımova Aytəkinin təşkilatçılığı, təlim-tərbiyə işləri üzrə direktor müavini Humay Məmmədova,məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Gülayə Abdullayeva və şagirdlərin iştirakı ilə tədbir keçirildi.

 Tədbirdə əlamətdar günlə bağlı geniş məlumatlar səsləndirildi ,video slaydlar nümayiş etdirildi.

 Xüsusilə 2023-cu il sentyabr 19-20 antiterror əməliyyatı zamanı Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq həm də antiterror əməliyyatı zamanı şəhid olmuş məktəbimizin şagirdi Şahid Əkbərovun şücaətindən bəhs edildi və onların sayəsində Respublikamızın suverenliyinin tam bərpa olunması qurur hissi ilə anıldı 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi