Bakı şəhəri üzrə fənn müsabiqələri keçirilib

Bu gün Bakı şəhəri üzrə 4 mərkəzdə (18, 138, 252, 276 nömrəli məktəblər) fənn müsabiqələri keçirilib.Təhsil nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” əmrinə əsasən keçirilən fənn müsabiqələri VII-VIII sinif şagirdləri arasında baş tutub.Beş fənn üzrə təşkil edilmiş fənn müsabiqələrində fizika, kimya, biologiya və informatika fənləri üzrə 8-сi sinif şagirdləri, riyaziyyat fənni üzrə isə 7-ci sinif şagirdləri iştirak edib.Müsabiqə iştirakçılarına 30 test sualı cavablandırmaq üçün 1,5 saat vaxt verilib.Müsabiqədən sonra həmsöhbətimiz olan 18 nömrəli məktəbin 8-ci sinif şagirdi Əlihüseynova Tahirə sualların bir qisminin orta, bir qisminin ağır olduğunu dedi. O qeyd etdi ki, bundan sonrakı hədəfi müsabiqənin digər mərhələsinə daha yaxşı hazırlaşmaq və daha yaxşı nəticə əldə etməkdir. Qeyd edək ki, fənn müsabiqələrinin yanvar ayına qədər 3 dəfə keçirilməsi nəzərdə tutulub. Fənn müsabiqələrinin iştirakçısı olan şagirdlər nəticələrindən asılı olmayaraq hər üç mərhələdə öz biliklərini sınayacaqlar.Fənn müsabiqələrində fərqlənən şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi