"Narkotiklərə yox deyək" mövzusunda tədbir

Bakı şəhəri 64 N-li tam orta məktəbin 25 aprel 2017-ci il tarixində "Narkotiklərə yox deyək" mövzusunda tədbir keçirildi. Tədbirdə Xətai rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradəli Babayev, rəisin şəxsi heyət üzrə köməkçisi İdris Məhərrəmov, Respublika Narkoloji Mərkəzin həkimi Pərvin Məmmədov, Dövlət Yol Polisi şöbəsinin inspektoru Fərid Əhədov, Xətai rayon Veteranlar şurasının sədri Nazim Xıdırov və sədr müavini Adil Osmanov, filologiya elmləri doktoru alim İmaddədin Zəkiyev , yazar Asif Kəngərli iştirak etdilər. Tədbirdə 9-11-ci sinif şagirdləri bu mövzu ətrafında səhnəciklər nümayiş etdirdilər. Bununla da Əsrin bəlası olan narkotikin ziyanlarını və ziyanlı vərdişlərin gələcəkdə insan həyatına göstərdiyi mənfi təsirləri məktəblilərə və müəllim kollektivinə aşıladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi