“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü”nə həsr olunmuş tədbir

18.10.2016-cı il tarixində məktəbdə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25–ci ildönümü” ilə əlaqədar olaraq məktəbin akt zalında şagird və müəllim kollektivi ilə birlikdə tədbir təşkil olundu.Tədbiri məktəbin direktoru Rafael Mehdiyev açdı. O, öz çıxışında mədəniyyət tarixi sahəsində qazanılmış təcrübələrdən, insanların mədəniyyəti, əxlaqı normaları ilə bağlı olan milli – mənəvi dəyərlərin yaradıcısının xalq olduğunu, onların öz müstəqilliyi uğrunda sinələrini sipər etməsini vurğuladı.Xüsusən, hal–hazırda milli–mənəvi dəyərlərimizin qorunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi lahiyəni diqqət mərkəzinə gətirdi.Sonra Azərbaycan dili – ədəbiyyat müəllimi Ağalarova MirSəkinə qədim dövrlərdə xaqımıza mənsub olan dahi şairlərimiz, yazıçılarımız – Nizami , Fizuli , Nəsimi və s. tariximizi , mənəvi dəyərlərimizi əks etdirən ölməz əsərlər yaratmasından və vətənə sədaqət hisslərini daim gücləndirməsindən bəhs etdi.Tarix müəllimi Abdullayeva Nigar qeyd etdi ki, vətənpərvərlik xalqımızın qan yaddaşıdır.Öz müstəqillikləri yolunda mübarizə millətimizin, xalqımızın həyatında həmişə başlıca rol oynamışdır və bu müstəqilliyimiz əbədi olaraq yaşayacaqdır. Bununla da "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə ” həsr olunmuş tədbir başa çatdı. Bundan əlavə məktəbdə Azərbaycan Respublikasının müstəqilliyi ilə əlaqədar olaraq bülletenler, qəzetlər, rəsm sərgisi, stend və guşələr təşkil olunmuşdur.VIII–XI siniflər arasında milli – mənəvi dəyərlərimizə həsr edilmiş şeir müsabiqəsi keçirildi.“Milli dəyərlərimiz haqqında düşüncələrim” mövzusunda şagirdlərarası inşa müsabiqəsi keçirildi. Tədbirin sonunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından bəhs edən kinofilmlər göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi