“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin I, II, III və xüsusi dərəcəli diplomlarına layiq görülmüş məktəblilər və komanda rəhbərlərinin təltifolunma mərasimi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 yanvar 2016-cı il tarixli 12 nömrəli əmri ilə elan edilmiş “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin I, II, III və xüsusi dərəcəli diplomlarına layiq görülmüş məktəblilərin və komanda rəhbərlərinin təltifolunma mərasimi keçirilib. Mayın 24-ü Azərbaycan Texniki Universitetində təşkil edilən mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, Azərbaycan Texniki Universitetinin prorektoru Xaliq Yahudov, Universitetin fizika kafedrasının müdiri Eldar Qocayev, dosent Naxçıvan Səfərov iştirak etmişlər.Çıxış edənlər müsabiqə qaliblərinə uğurlar arzulamış və belə müsabiqələrin keçirilməsinin məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onlara bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, məktəblilər arasında sağlam rəqabət hissinin formalaşdırılması və istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynadığını bildirmişlər. Təltifetmə mərasimində 5 nömrəli tam orta məktəbin komandası I dərəcəli, 271 nömrəli tam orta məktəbin komandası II dərəcəli, 291 nömrəli Ekologiya liseyinin komandası III dərəcəli diploma layiq görülmüşlər.Bundan başqa Bakı şəhəri 24, 38, 189 -190, 270 nömrəli tam orta məktəblərin komandaları isə xüsusi diplomlarla təltif edilmişlər.Qeyd olunan məktəblərin komanda rəhbərləri “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə komandanın hazırlığında yüksək fəallıq göstərdiyinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplomları ilə təltif olunublar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi