"Qarabağ Azərbaycandır"


  Pandemiya şəraitində olsa da 29.12.2020-ci il tarixində zoom proqramı vasitəsi ilə 64 nömrəli və 95 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı "Qarabağ Azərbaycandır" adlı telekörpu onlayn tədbir keçirilmişdir. Tədbiri 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçısı Fidan İsmayilova açaraq qələbəmizlə bağlı və şəhidlər haqqında məlumat verdi.
  Tədbirdə Əməkdar artist aktyor və bədii qiraətci Azad Şükürov,Azpress informasiya agentliyinin rəhbəri Zəka Nağıyev, Nəsimi rayon Gənclər idman idarəsinin rəis müavini Şahmar Tağıyev, 254 nömrəli tam orta məktəbin direktoru Feruz Həmzəyev, Riyaziyyat üzrə fəlsəfə doktoru,dosent yazıçı uşaqlar üçün elmi kütləvi kitablar və fantastik povestlərin müəllifi Reyhan Yusif qizi,95 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova,64 nömrəli tam orta məktəbin direktoru Rəfail Mehdiyev və müavinləri, hər iki məktəbin şagirdləri və şəhid Ceyhun Abbasovun anasi Kəmalə Abbasova iştirak etdilər.
   Görüşdə hərbi vətənpərvərlik, şəhidlər haqqında video-çarx nümayiş etdirildi. Daha sonra söz Ceyhun Abbasovun anası Kəmalə Abbasovaya verildi. O, oğlu haqqında geniş və ətraflı məlumat verdi. Gənclərin də milli vətənpərvərlik ruhunda böyüməsini arzuladı.Çıxışçılar qələbəmizə görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarlıq etdi.
   Onlayn görüşün keçirilməsində məqsəd şəhidlərimizi unutmamaq şagirdləri vətənpərvər ruhda böyütmek hər zaman onlari yad etməkdir.
Tədbiri təşkil etdiyi üçün məktəb rəhbərliyinə, müəllim və şagirdlərə təşəkkür etdilər. Şagirdlər şəhidlərə həsr olunmuş məlumatlar və şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi