"Beynəlxalq Ana Dili Günü"

    21 fevral bütün dünyada "Beynəlxalq Ana Dili Günü" kimi qeyd olunur.Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı,işlək dilə çevrilməsi,beynəlxalq münasibətin sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi,mahir natiq ulu öndər H.Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
   "Beynəlxalq Ana Dili Günü" münasibətilə məktəbdə tədbir keçirildi.Tədbirdə valideynlər,müəllimlər,Təlimə Dəstək Mərkəzinin metodistləri iştirak etdilər.Tədbir Dövlət himni ilə açıq elan olundu.Daha sonra şagirdlər arasında şeir müsabiqəsi keçirildi.Şagirdlər "Beynəlxalq Ana Dili Günü" haqqında hazırladığı səhnəcikləri nümayiş etdirdilər,mahnılar oxudular.
   Sonda məktəbin direktoru R.V,Mehdiyev Ana dilimizin tarixi haqqında məlumat verdi və qeyd etdiki, Ana dilimizi qorumaq,inkişaf etdirmək hər birimizin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi