Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbir

 28 noyabr 2019-cu il tarixində 1 nomrəli Uşaq - Gənclər İnkişaf Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,dramaturq,şair,dahi şəxsiyyət C.Cabbarlının 120 illik yubileyinə həsr olunmuş  "Əgər bütün bəşəriyyət ədüvvi-canım ola"adlı tədbir keçirilib.
   Tədbirdə məktəbin VII və VIII sinif şagirdləri C.Cabbarlının "Ana","Azərbaycan bayrağında","Şair və artist","Ölkəm" dram əsərlərindən səhnəcik və şeir kompozisiyaları ilə çıxış ediblər.
   Tədbirin keçirilməsində məqsəd- C.Cabbarlının həyat və yaradıcılığı ilə tanış olmaq,onun zəngin irsini gənc nəslə təbliğ etməkdir.Tədbirdə 1 nomrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin əməkdaşları,Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov,müəllim və şagird kollektivi iştirak ediblər.
  Sonda tədbir iştirakçıları fəal iştirak etdiklərinə görə təşəkkürnamə ilə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi