"Qızıl payız" adlı tədbir

"Yaşıl dünya naminə həmrəylik ili" silsiləsində 5 noyabr 2024-cü il tarixində məktəbimizin 1-B sinfində "Qızıl payız" adlı tədbir keçirildi. Fəsillərin ən füsunkar və bol bəhrəlisi olan payıza həsr edilən tədbir uşaqların maariflənməsinə, dünyagörüşlərinin zəngin olmasına gətirib çıxarır. Bu tədbirdə uşaqlar payız fəslinə aid şeirlər, mahnılar söyləmiş və müxtəlif səhnələr göstərərək tədbirə xüsusi rəng qatmışlar. Tədbir uşaqlarda ana təbiətə qayğı və sevgi hisslərini aşılayaraq, onlarda doğma Azərbaycanın füsunkar təbiətinə məhəbbətin gücləndirilməsinə həsr edilmişdir. Tədbirdə İlhamə müəllimə uşaqlara bədii tərtibatda payızın rəngləri, bu fəslin meyvə və tərəvəzlərinin xüsusiyyətləri, sağlamlığa və bədənin inkişafına xeyirli təsirləri haqqında məlumat verdikdən sonra uşaqlar "Meyvələrin söhbəti" adlı səhnəciklər təqdim etdilər. Onlar çıxış edərkən jest və mimika larla öz rollarının öhdəsindən məharətlə gəldilər. Belə tədbirlərin məktəblərdə tez-tez keçirilməsi fidan balaları sevindirməklə bərabər, həm də onlarda bir çox müsbət keyfiyyətlərin yaranmasını və inkişafını sürətləndirir. Qeyd etmək lazımdır ki, İlhamə müəllimə şagirdlər arasında belə tədbirləri mütəmadi olaraq keçirir. Tədbir payızın arxasınca azad səmaya malik, sevinc dolu bir qış gətirəcəyinə inamla yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi