Uşaq hüquqları haqqında maarifləndirici seminarlar.

Uşaq hüquqları - dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birləşməsini özündə ehtiva edən bir anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Son dövrlərdə dünyanın bir çox yerlərində uşaqların hüquqları pozulur,uşaqlara qarşı zorakılıq halları, şiddət və.kimi neqativ hallar müşahidə olunur. " Uşaq hüquqları aylığı" çərçivəsində 63 nömrəli tam orta məktəbin psixoloqları tərəfindən məktəbin şagirdləri ilə də bu mövzuda seminarlar keçirildi,maarifləndirmə işləri aparıldı. Seminarlarda şagirdlərə öz hüquq və vəzifələrini bilmələri və onları qorumaları barədə geniş məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi