"Gənc dilçilər" dərnəyində 8 Noyabr Qələbə gününə həsr olunmuş açıq dərs

Məktəbdə təşkil olunan " Gənc dilçilər" dərnəyində 8 Noyabr Qələbə gününə həsr olunan açıq dərs keçirildi. Dərs Azərbaycanın Dövlət himni ilə başlayıb, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunduqdan sonra dərsin motivasiyasını təşkil etmək üçün dərnəyin rəhbəri Həsənova Yasəmən hər bir şagirdə xarıbülbül masterklaslar təqdim edərək onları rəngləmələrini və xarıbülbülün üzərindəki rənglərin hansı mənanı kəsb etdiyi və 44 günlük Vətən müharibəsində xarəbülbülün nəyi təmsil etdiyi ilə bağlı şagirdlərə suallar ünvanlandı. Ardıcıl olaraq şagirdlər Azərbaycan dövlət rəmzləri, Qarabağ sözündəli qara və bağ sözlərinin leksik mənasını,Qarabağın baş tacı olan Şuşa haqqında məlumat verdilər  Ordumuzun zəfər simvolu olan Xarıbülbül əfsanəsi səhnələşdirildi.Açıq dərsdə məktəbin direktor əvəzi Eminova Nüşabə müəllimə və Uşaq təşkilatı Birliyinin Rəhbəri Məmmədova Aytəm müəllimə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi