2024-cü il "Yaşıl Dünya naminə həmrəylik ili"

2024-cü il "Yaşıl Dünya naminə həmrəylik ili" dir. Ölkəmiz 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi müəyyən edilib. Bu mövzuda məktəbimizdə müəyyən tədbirlər keçirilir ki, bu da şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, bilik axtarışının müxtəlif formalarını mənimsəmələrinə gətirib çıxarır. Bu gün 1-B sinfində "Yaşıl Dünya naminə" adlı steam layihə işi uğurla aparılıb. " Yer kürəsi" 1-B sinfinə üz tutaraq insanlardan şikayətə gəlmişdi. O, ümid yerinin 1-B sinif şagirdlərinin olduğunu bildirərək onlardan kömək istədi. Uşaqlar da "Yer kürə" sini səmimi qarşılayıb, ona kömək edəcəklərini bildirdilər. Təsviri incəsənət dərsində uşaqlar cütlərlə araşdırıb hazırladıqları heyvan və quşların aplikasiyasını yaşadıqları qitələrə yapışdırılar. Uşaqlar dünyanı yaşıllaşdırmaq naminə həmrəy olacaqlarına, belə yaradıcı işləri tez-tez aparacaqlarına söz verdilər. İlhamə müəllimə və birinciləri hər zaman olduğu kimi ortaya möhtəşəm bir iş çıxardılar. Gəlin həmrəy olaq və yaşıl dünyamızı yaradaq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi