"İlk tibbi yardım" adlı dərs
Bu gün məktəbimizdə ilk tibbi yardım haqqında uşaqları maarifləndirmək məqsədilə "4-B" sinfində "İlk tibbi yardım" adlı dərs keçirilib. Dərsdə İlhamə müəllimə mövzu ilə bağlı videoçarxlar göstərib, məlumatlar verdi. Məktəbin tibb bacısı Mərdanə xanım dərsdə iştirak edərək uşaqların mövzu haqqında nə dərəcədə məlumatlı olduqlarını yoxlamaq üçün suallar verdi. Şagirdlər suallara dolğun cavablar verməklə yanaşı mövzu ilə bağlı hazırladıqları səhnəcikləri də təqdim etdilər Uşaqların həkimlər haqqında söylədikləri şeirlər də yerinə düşdü. Axı, bizi müalicə edən, həyata qaytaran həkimlərimizdir. Uşaqların "İlk tibbi yardım" adlı yaratdıqları guşə də hər zaman olduğu kimi heyrətamiz idi. Bütün görülən işlər, verilən cavablar, göstərilən səhnəciklər onu göstərir ki, uşaqlar mövzu haqqında geniş məlumata sahibdirlər və lazım olan zaman ilk tibbi yardım göstərməyə qadirdirlər. Bunun üçün İlhamə müəlliməyə dərin minnətdarlığımızı bildiririk.